Tarix: 21-03-2022 | Saat: 16:41
Bölmə:Karusel / Siyasət | çapa göndər
Martın 21-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bir saat yarım davam edib.
Qarabaginfo.az “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya deyib.
"Rəsmi nümayəndələrin onlayn görüşü saat 10:30-dan 12-dək olub. Sonra işçi qruplar bir araya gəlib. Bu gün biz bütün günü işləyirik", - o deyib.
David Araxamiya danışıqların gedişi ilə bağlı əlavə məlumat verməyib.
Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülhün axtarışı ilə bağlı danışıqların dördüncü raundu martın 14-də baş tutub. Rusiyanın mövqeyi nisbətən yumşalıb, lakin Ukrayna öz qüvvələrinin sonuna qədər mübarizə aparmaq əzmində olduğunu bəyan edib.
Ukrayna Prezident Aparatının rəsmissi Mixail Podolyak deyib ki, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin “daha adekvat” olmasına dair işarələr var.
Digər xəbərlər