Tarix: 21-03-2022 | Saat: 12:36
Bölmə:Karusel / Region | çapa göndər
Rusiyanın qanadlı raketlərinin Ukraynanın Rovenskaya vilayətindəki sınaq poliqonunu vurması nəticəsində 80-dən çox əcnəbi muzdlu və döyüşçü öldürülüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Martın 21-nə keçən gecə yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovenskaya vilayətindəki “Novaya Lubomirka” birləşmiş silahlar poliqonunda xarici muzdluların və Ukrayna millətçi birləşmələrinin təlim mərkəzinə zərbələr endirib. Selets kəndi yaxınlığındakı sursat anbarı və mexanikləşdirilmiş briqadanın qərargahı da atəşə tutulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.
İqor Konaşenkov Rusiya Silahlı Qüvvələrinin Kiyev yaxınlığında Ukrayna ordusunun komanda məntəqəsinə nəzarəti ələ keçirdiyini də söyləyib:
"Kiyevətrafı Nikolaevka kəndində rus hərbçiləri Ukrayna silahlı qüvvələrinin mühafizə olunan komanda məntəqəsinə nəzarəti ələ keçiriblər. Komanda məntəqəsinin 61 ukraynalı hərbçisi təslim olub, onların yarıdan çoxu Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli zabitləridir”.
Digər xəbərlər