Saytımızı qiymətləndirin


 
 

Samir Abasov: "Çox istərdim, çempionat yenidən başlasın"
Tarix: 18-03-2022 | Saat: 21:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan güləşçiləri Bolqarıstanda daha 3 medal qazanıblar

"Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq."

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.

"Fasilənin bizə müsbət və ya mənfi təsiri ola bilər. Bunu oyunlar başlayanda biləcəyik. Milli komandalara çox oyunmçumuz gedir. Onların necə qayıdacağı da vacibdir. "

"Çempionatın əvvəlində nələr çəkdiiymizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımnız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq".



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər