Tarix: 18-03-2022 | Saat: 20:15
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gürcüstanın hava məkanından Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə keçməyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ölkənin hava məkanından Rusiyanın Fövqəladə Hallar Nazirliyinin “RA76429” qeydiyyat nömrəli “IL-76” təyyarəsi istifadə edib, reys mülki olub və Gürcüstandan heç bir əlavə icazə tələb olunmayıb.
Nazirlik Gürcüstanın hava məkanının Rusiya hərbi təyyarələri üçün 2008-ci ildən bağlı olduğunu bildirib.
Dövlət qurumu Rusiya hərbi təyyarəsinin Gürcüstan üzərindən ötməsi barədə məlumat təqdim edən “Mtavari arxi” telekanalını dezinformasiya və yoxlanılmamış informasiya yaymaqda günahlandırıb.
Qeyd edək ki, bu gün adıçəkilən televiziya kanalı Gürcüstanın hava məkanından Rusiyanın “IL-76” hərbi təyyarəsinin keçməsi barədə məlumat yayıb. Qeyd olunub ki, Moskvadan havaya qalxan təyyarə Gürcüstan üzərindən keçməklə İrəvanda hava limanında eniş edib.
Digər xəbərlər