Tarix: 18-03-2022 | Saat: 18:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Qarabaginfo.az-ın məlumatına görə, açılış oyununda "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı görüşdə qalib müəyyənləşməyib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 45-ci dəqiqədə Amil Yunanov fərqlənib. Matçda ikinci qolu da paytaxt təmsilçisi vurub. Franko Flores 57-ci dəqiqədə avtoqol müəllifi olub. Beləliklə, "gənclik şəhəri" təmsilçisi Aleksey Baqanın rəhbərliyi altında yenə qələbəyə həsrət qalıb.
Bu nəticədən sonra xallarını 19-a çatıdran "Keşlə" 6-cı pillədəki mövqeyini qoruyub. 14 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.
Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Digər xəbərlər