Saytımızı qiymətləndirin


 
 

Umayra Tağıyeva: “Kürdə suyun artacağı gözlənilir”
Tarix: 18-03-2022 | Saat: 16:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazir Kür çayının qurumasına münasibət bildirib

“Kür çayının aşağı axınında suyun miqdarı azalmaqdadır. Səbəb də müxtəlifdir, lakin əsas iqlim faktorudur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ölkəyə daxil olan suyun miqdarı son 10 ildə ümumilikdə 27 % azalıb, amma Kürün aşağı axarında bu göstərici 50 %-dən çoxdur: “Digər səbəb sudan səmərəsiz istifadədir. Azsulu illər də müşahidə olunur ki, qarlı və şaxtalı günlərin azalması sululuğun azalmasına səbəb olur. Bu da suya olan təlabatı da artırır. Sudan ifrat dərəcədə istafadə baş verir. Həmin ərazilərdə yaşayan vətəndaşlar daha diqqətli davranmalıdır”.

U.Tağıyeva bildirib ki, mart ayı ərzində yağıntıların intensiv olması səbəbindən Kür çayının aşağı axınında vəziyyətin tədricən dəyişəcəyi proqnozlaşdırılır: “Aldığımız məlumatlar bunu təsdiqləyir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sululuq 16 % çoxdur”.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər