"Hərbi cinayətkar, əxlaqsız müharibə aparan qanlı diktator, yaramaz quldur..."
Tarix: 18-03-2022 | Saat: 00:28
Bölmə:Karusel / Dünya | çapa göndər
1375 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-03-2022 | Saat: 00:28
Bölmə:Karusel / Dünya | çapa göndər

"Putin Ukraynaya qarşı müharibənin böyük bədəlini ödəyir"
ABŞ prezidenti Co Bayden martın 17- də Vaşinqtonda müqəddəs Patrik gününə həsr olunmuş illik tədbirdə çıxış edərək, Rusiya prezidenti Vladimir Putini son dərəcə neqativ səciyyələndirib.
Kreml rəhbərini Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan "qanlı diktator, yaramaz quldur" adlandırıb.
Öz nitqində Bayden qeyd edib ki, "Putin bu təcavüzünün böyük bədəlini ödəyir". Amerika lideri "21- ci əsrdə demokratiyanın dayanıqlı olmasına inanmayan" Çin Xalq Respublikasının sədri Si Tszinpenlə telefon danışığının anonsunu edib.
Bu, Baydenin Putinin ünvanına son iki gün ərzində səsləndirdiyi ikinci bəyanatıdır.
Martın 16- da jurnalistlər üçün brifinqdə ABŞ prezidenti Putini "hərbi cinayətkar" adlandırıb.
Bu sözləri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, yolverilməzdir.
"Cənab Baydenin belə bəyanatları tamamilə yolverilməz, bağışlanılmazdır, ən əsası, bir çox illər ərzində insanları bombalayan dövlətin rəhbərinin, yəqin ki, belə bəyanatlar səsləndirməyə haqqı olmamalıdır", - Kremlin nümayəndəsi deyib.
Bundan əvvəl Amerika prezidenti Rusiyanın Ukraynadakı hərəkətlərini "Putinin müharibəsi" adlandıraraq qeyd edib ki, bu müharibə, onun sözlərinə görə, qəsdən törədilib və heç bir şeylə təhrik edilməyib.
ABŞ Rusiya iqtisadiyyatı üçün ağrılı sanksiyalar tətbiq edib, onların sırasında ölkəyə Rusiyadan neft, qaz və kömürün idxalını qadağa da yer alıb.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
16-11-2023, 14:06
Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib
30-08-2021, 17:12
Hakimin koronavirusa yoluxması ilə bağlı Vüqar Səfərli və Vilyam Hacıyevin məhkəməsi təxirə düşüb
13-12-2023, 17:52
Niderlandın potensial Baş naziri Putini “dəhşətli diktator” adlandırıb
1-07-2022, 17:52
“Baş nazir olsaydım, ölkəyə piyada qayıdardım” - ETİRAF
23-04-2026, 20:24
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edilib
9-11-2024, 10:10
Azərbaycanda Dövlət Bayrağı Günüdür
7-04-2021, 17:20
Zakir Həsənov Hulusi Akara başsağlığı verdi
3-02-2022, 16:56
Fərid Qayıbov bloqerlərlə görüşüb
8-02-2026, 10:19
Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

















