Ana Sayfa > Karusel / Dünya > "Hərbi cinayətkar, əxlaqsız müharibə aparan qanlı diktator, yaramaz quldur..."

"Hərbi cinayətkar, əxlaqsız müharibə aparan qanlı diktator, yaramaz quldur..."


18-03-2022, 00:28. Yazar: Admin

 

"Putin Ukraynaya qarşı müharibənin böyük bədəlini ödəyir"
 
ABŞ prezidenti Co Bayden martın 17- də  Vaşinqtonda müqəddəs Patrik gününə həsr olunmuş illik tədbirdə çıxış edərək, Rusiya prezidenti Vladimir Putini son dərəcə neqativ səciyyələndirib.
 
Kreml rəhbərini Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan "qanlı diktator, yaramaz quldur" adlandırıb.
 
Öz nitqində Bayden qeyd edib ki, "Putin bu təcavüzünün böyük bədəlini ödəyir". Amerika lideri "21- ci əsrdə demokratiyanın dayanıqlı olmasına inanmayan" Çin Xalq Respublikasının sədri Si Tszinpenlə telefon danışığının anonsunu edib.
 
Bu, Baydenin Putinin ünvanına son iki gün ərzində səsləndirdiyi ikinci bəyanatıdır.
 
Martın 16- da jurnalistlər üçün brifinqdə ABŞ prezidenti Putini "hərbi cinayətkar" adlandırıb.
 
Bu sözləri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, yolverilməzdir.
 
"Cənab Baydenin belə bəyanatları tamamilə yolverilməz, bağışlanılmazdır, ən əsası, bir çox illər ərzində insanları bombalayan dövlətin rəhbərinin, yəqin ki, belə bəyanatlar səsləndirməyə haqqı olmamalıdır", - Kremlin nümayəndəsi deyib.
 
Bundan əvvəl Amerika prezidenti Rusiyanın Ukraynadakı hərəkətlərini "Putinin müharibəsi" adlandıraraq qeyd edib ki, bu müharibə, onun sözlərinə görə, qəsdən törədilib və heç bir şeylə təhrik edilməyib.
 
ABŞ Rusiya iqtisadiyyatı üçün ağrılı sanksiyalar tətbiq edib, onların sırasında ölkəyə Rusiyadan neft, qaz və kömürün idxalını qadağa da yer alıb.(Moderator.az)

Geri dön