Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq Miqrasiya Təşkilatı bir qrup Azərbaycan vətəndaşının Ukraynadan təxliyəsinə köməklik göstərib
Tarix: 15-03-2022 | Saat: 16:15
Bölmə:Karusel / Region | çapa göndər

BMqT bir qrup Azərbaycan vətəndaşının Ukraynadan təxliyəsinə köməklik göstərib - FOTO

Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə qoşulub.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, təşkilatın əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş 123 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb.

Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək.

“Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşının təxliyəsi üçün avtobusların təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciət alanda biz tez hərəkət etməli olduq. BMqT-nin Polşadakı nümayəndəliyi və Baş Qərargah bu təxliyənin təşkilinə böyük dəstək verdi. Bu insanların çoxunun maddi vəziyyəti pis idi və öz ölkələrinə mümkün qədər tez qaytarılmaları üçün dəstəyə ehtiyacları var idi. Biz onların tezliklə vətənlərinə qayıtmalarını və dövlət qurumları ilə birgə xüsusən də həssas vəziyyətdə olanlara dəstək istiqamətində işləməyi səbirsizliklə gözləyirik”, - BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev qeyd edib.

BMqT-nin dəstəyi ilə Azərbaycana təxliyəsi təşkil oluna insanlar əsasən uzun müddət Xarkovda yaşayanlar və onların ailə üzvləri, Xarkov universitetlərinin tələbələridir.(Apa)



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər
23-02-2022, 18:24 İmran Xan Moskvaya gəlir