Saytımızı qiymətləndirin


 
 

Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən istefa verib
Tarix: 26-08-2024 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

AHİK sədri Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib - Atiahi.org

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər
17-01-2023, 12:32 Sabahın hava proqnozu