Saytımızı qiymətləndirin


 
 

Putin Çinin müdafiə nazirini qəbul edib- Nələr müzakirə olunub? (FOTO)
Tarix: 17-04-2023 | Saat: 16:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu, çinli nazirin vəzifəyə gəldikdən sonra ilk xaricə səfəridir.

Rusiya Müdafiə Nazirliyi səfərin aprelin 18-dək davam edəcəyini bildirib.

Li Şanfunun Putinlə görüşü barədə əvvəlcədən məlumat verilməyib, onun müdafiə naziri Sergey Şoyqu ilə görüşü açıqlanıb. Şoyqu Putinin Çin naziri ilə Kremldə baş tutan danışıqlarında iştirak edib.

Açılış nitqində Putin Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlığı “uğurlu və çoxşaxəli” adlandırıb və qeyd edib ki, iki ölkənin hərbi idarələri mütəmadi olaraq məlumat mübadiləsi aparır və birgə təlimlər keçirir. Li Şanfu Çin lideri Si Cinpinin Rusiya ilə Çin arasındakı münasibətlərin “soyuq müharibənin hərbi-siyasi ittifaqlarından üstün olması”, lakin digər ölkələrə qarşı yönəlməməsi tezisini təkrarlayıb.

Putinin Çinin müdafiə naziri ilə görüşü Si Cinpinin Moskvaya səfərindən bir neçə həftə sonra baş tutub. Putin və Si arasında danışıqlarda Ukraynadakı müharibə də müzakirə olunub və Putin Çin sülh planının bir çox bəndlərini dəstəklədiyini bildirib.

Li Şanfu Çin ordusunun Moskva ilə hərbi əməkdaşlığına görə ABŞ-ın sanksiya siyahısına daxil edilib.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər