"İrəvan merinin səlahiyyətli nümayəndəsinin 11 mart 2022-ci il tarixli qərarı ilə vətəndaş Aşot Qalstyanın bildirişi nəzərə alınıb. 19 mart Şaumyan meydanından Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə bitişik ərazi boyunca yürüşlər keçirilə bilər".

Qarabaginfo.az xəbər verir ki, bu barədə İrəvan Bələdiyyəsinin rəsmi səhifəsində elan yerləşdirilib. Bildirilib ki, ermənilər İrəvan bələdiyyəsindən Rusiyaya dəstək aksiyası keçirmək üçün icazə istəyiblər və onlara dövlər tərəfindən icazə verilib. 

Erməni KİV-lərinin bildirdiyinə görə, Rusiya siyasi elitası bu günlərdə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaradan bəzi dairələrin fəallaşmasından, əvəzində cəmi 1-2 rusiyayönlü aksiyanın keçirilməsindən kifayət qədər hiddətlənib. Bu, Moskvada Ermənistanın müharibə vəziyyətində olan strateji müttəfiqə qarşı qeyri-ciddi münasibəti kimi qiymətləndirilir.

Belə ki, şənbə günü, martın 19-da Rusiya Federasiyasına dəstək üçün kütləvi aksiyanın təşkili qərara alınıb.