Tarix: 16-01-2021 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fransa prezidenti İmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda 2021-ci ildə iki ölkə arasında münasibətlərin düzəlməsinə ümid etdiyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, türkcə yazılan və "dəyərli Tayyib Ərdoğan" xitabı ilə başlanan məktubda Makron Ərdoğana ən xoş arzularına çatdırıb.
Türkiyənin Avropa qitəsinə böyük təsirləri olduğunu bildirən Makron, Ərdoğanla görməkdən məmnun olacağını qeyd edib.
Fransanın "L'Opinion" qəzetinin xəbərinə görə, yaxın tarixlərdə Ərdoğanla Makron arasında video konfans üzərindən bir görüş həyata keçiriləcək.
Qəzetin yazdığına görə, Azərbaycan torpaqları olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş verən müharibə zamanı Makron Ərdoğanla görüşmək istəsə də, Türkiyə prezidenti bu tələbi rədd edib.
"Ərdoğan Makronun Ermənistanı dəstəkləyən açıqlamalarına görə, onun görüşmə xahişini rədd etmişdi", deyə fransız qəzetinin yazısında bildirilir.
Avropa.info-ya açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, pilotoloq Elxan Şahinoğlu gedişatın həm Ankara, həm də Bakının mənafelərinə uyğun olduğunu deyib.
Elxan Şahinoğlu
"Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi.
Məktub yazan Makron “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib. Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib.
Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin bir neçə gün öncəki iclasında demişdi ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək", deyə Elxan Şahinoğlu bildirib. (Avropa.info
Digər xəbərlər