Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID laboratoriyalarının sayı açıqlanıb
Tarix: 15-03-2022 | Saat: 11:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - Günün Səsi

“Pandemiyaya qədər ancaq Cəlilabadda PZR laboratoriyası qurulmuşdu. Koronavirusa ilk yoluxma 2020-ci ilin fevralında qeydə alınıb. Pandemiya başlayanda isə Bakıda iki laboratoriya var idi”.

Qarabaginfo.az xəbər verir ki, bunu “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusuna həsr edilmiş beynəlxalq elmi konfransda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, sonradan Mərkəzi Neftçilər Xəstəxanasındakı laboratoriya da bu prosesə qoşulub və əsas işi üzərinə götürüb: “Yeni Klinika”da xəstə müalicəsi ilə bərabər, gündəlik 1400-ə yaxın PZR testin aparıldığı laboratoriya var. Əvvəl Sumqayıt və Abşerondan toplanan testlər Bakıya gətirilirdi. Sonradan 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında laboratoriya yaradılıb”.

Yaqut Qarayeva deyib ki, Balakən, Qax, Zaqatala və Şəki sakinlərindən götürülən testlər də əvvəl Bakıya gətirilirdi: “Şəkidə yaradılan COVID-19 laboratoriyası da bu region üçün çox əhəmiyyətlidir. Hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanasında gündəlik 280 test etmək qabiliyyətinə malik laboratoriya var. Ağcabədidə fəaliyyət göstərən laboratoriyada isə müharibə dövründə də ciddi işlər görülüb. Bu laboratoriyaların qurulmasında ilk dəstəyi bizə Ümumdünya Səhiyyə Təşkilatı göstərib”.

Şöbə müdiri qeyd edib ki, Bakıda və regionlarda ümumilikdə 17 laboratoriyanın fəaliyyəti təmin edilib.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər