Tarix: 14-03-2022 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Suraxanıda Vətən müharibəsinin şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun və 1-ci Qarabağ müharibəsinin şəhidi Abdullayev Murad Nadir oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, şəhid ailələri və digər rəsmi şəxslər iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
N.Həmidov adına 208 saylı tam orta məktəbin şagirdləri tərəfindən Şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirilib.
Mərasimdən sonra Bülbülə qəsəbəsində, Şəhidlər xiyabanında Şəhidlərimizin məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Digər xəbərlər