Saytımızı qiymətləndirin


 
 

Zelenski xalqa müraciət edib: "Dövləti qoruyun!"
Tarix: 14-03-2022 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

B.Zelinski: «Ukraynanın düşməni Rusiya deyil...»

“Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun!”

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 14-də videomüraciətində bildirib.

“Rusiya şəhərlərimizə zərbə endirməklə infrastrukturu dağıtmaqda davam edir. Ancaq biz hər şəhərin küçəsini, hər ukraynalının evini, mənzilini bərpa edəcəyik. Torpaqlarımızda hələ ki işğalçı var, indi biz onu bacardığımız kimi vurmalıyıq. Şəhəri, kəndi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını müdafiə etməliyik. Ukraynalı ürəyini, ukraynalı ruhunu müdafiə etməliyik! Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun! Dövləti qoruyun! ”Biz birlikdə qalib gələcəyik!”, - deyə o vurğulayıb.

Zelenski Rusiyanın bu müharibəyə onillər ərzində hazırlıq gördüyünü dilə gətirib: “Onlar mənfur məqsəd üçün, qonşuları diz çökdürmək üçün xeyli hərbi ehtiyat toplayıblar. Bunu Ukraynanı, Avropanı yox etmək naminə ediblər".



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər