Saytımızı qiymətləndirin


 
 

Qaxda qarın hündürlüyü 64 sm-ə çatıb - FAKTİKİ HAVA
Tarix: 14-03-2022 | Saat: 11:28
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycanın aran bölgəsinə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, U.Tağıyeva “Report”a açıqlamasında bildirib ki, gözlənildiyi kimi martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir:

“Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır”.



Xəbəri paylaş

202 dəfə oxunub.

Digər xəbərlər