Saytımızı qiymətləndirin


 
 

Xorvatiyada qəzaya uğrayan PUA 120 kiloqramlıq bomba daşıyıb
Tarix: 14-03-2022 | Saat: 00:16
Bölmə:Karusel / Region | çapa göndər

Xorvatiyada qəzaya uğrayan PUA 120 kiloqramlıq bomba daşıyıb

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində qəzaya uğrayan sovet istehsalı olan PUA-da 120 kiloqramlıq aviabomba olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xorvatiyanın milli televiziyası “HRT” ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

PUA cümə günü gecə Xorvatiya paytaxtının rayonlarından birində yaşıllıq əraziyə düşüb, partlayış səsi eşidilib və dərin çuxur yaranıb.

Polis yaxınlıqda iki paraşüt tapıb. Ehtimallara görə, bu, Ukraynadan gələn Sovet istehsalı olan Tu-141 “Strij” PUA-sı ola bilər. Dronun qalıqları çuxurdan çıxarılıb. Qeydlərin olduğu “qara qutu”da aşkarlanıb.

Qeyd olunub ki, PUA çuxura düşdüyündən partlayış yerin altında baş verib. Əgər aviabomba beton və ya asfaltın üzərinə düşsəydi, nəticələri fəlakətli olardı.

Xorvatiyanın müdafiə naziri Mario Banoziç hadisənin NATO tərəfdaşları ilə birlikdə araşdırıldığını deyib.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər