Saytımızı qiymətləndirin


 
 

ETSN: Məişət tullantıları ilə bağlı bələdiyyə sədrinə məcburi göstəriş verilib
Tarix: 11-01-2020 | Saat: 17:09
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

"Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivinə yaxın ərazidə məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb".

Qarabaginfo xəbər verir ki, bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, əraziyə keçirilən baxış zamanı 2000 m2 sahəyə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub: "Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Abşeron rayon, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyəvə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.

Hazırda Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Masazır bələdiyyəsi tərəfindən tullantılardan təmizlənir".



Xəbəri paylaş

439 dəfə oxunub.

Digər xəbərlər