Tarix: 13-03-2022 | Saat: 18:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Çox təəssüf ki, qərb ermənilərin törətdikləri vəhşiliklərə göz yumdu heç onu etiraf etmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 4 qətnaməsini Azərbaycanda özü yerinə yetirdi”.
Qarabaginfo.az bildirir ki, bu sözləri APA-nın yerli bürosuna Ağdam şəhərinə səfərdə olan jurnalist Aşraf Abdulmonim Ahmed Abo Arafe deyib.
O, bildirib ki, Misirin “Əl-Diploması” saytının rəhbəridir:
“Biz ingiliscə, ərəbcə məlumatlar yayırıq. Çox təəssüf ki, qərb ermənilərin törətdikləri vəhşiliklərə göz yumdu heç onu etiraf etmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 4 qətnaməsini Azərbaycanda özü yerinə yetirdi. İllərdi bunu süründürürdülər, qəsdən gecikdirirdilər və hamısı islama, islam mədəniyyətinə qarşı olan bir tədbir idi. Azərbaycan çox böyük iş gördü”.
Əcnəbi jurnalist bildirib ki, onlar gəzib görüblər ki, necə müqəddəs yerlərdə biabırcasına heyvanlar saxlanılıb, dağıdılıb:
“Hamısını biz öz gözümüzlə gördük. Və burdan mən ermənilərə müraciət edirəm onlara bir ultimatum veririk ki, siz bəsdirin. Bütün islam dünyası Azərbaycanın arxasında dayanmışdır. Siz heç nə edə bilməyəcəksiniz. Biz hamımız Azərbaycanın arxasında dayanmışıq. Həm mübarizəmizdə nümunə götürürük, həm də, gələcəyimizdə həmişə səsimizi Azərbaycanın səsinə qatacağıq. Bütün bu hadisələrin hamısını yaymışıq yenə də yayacağıq”.
Digər xəbərlər