Saytımızı qiymətləndirin


 
 

Fazil Abbasov: “Xarici jurnalistlər Zəfər yoluna heyran olublar“
Tarix: 13-03-2022 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fazil Abbasov

Xarici jurnalistlər Ağdam şəhərinə səfərdə olub.

Səfər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə baş tutub. Nümayəndə heyəti ilk olaraq Ağdama şəhərində Pənahəli Xanın “İmarət” kompleksində olub. Burda onlara ermənilərin tarixi abidələri məhv edildiyi barədə məlumat verilib.

Qarabaginfo.az bildirir ki, İƏT-in üzv dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, bu gün 6 ərəb ölkəsindən, Pakistan və Hindistandan jurnalistlər gəlib:

“Biz səfərə Füzulidən başladıq. Ordan keçdik Şuşa şəhərinə. Gecə Şuşada qaldıq. Demək olar ki, bunların təəssüratları o qədər böyükdür ki, xüsusilə Zəfər yoluna heyran olublar. Onlar Azərbaycan xalqına, Azərbaycan ordusuna, Ali baş komandanın cəsurluğuna İslam dünyasında böyük qiymət verildiyini bildirdilər. Ona görə ki, bütün İslam dünyasında həmişə torpaqlar verilib amma qaytarılmayıb. Yeganə Azərbaycan dövlətidir ki, itirilmiş torpaqları geri qaytarıb”.



Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər