Saytımızı qiymətləndirin


 
 

Polşaya təxliyə olunanlar Azərbaycan Evinə yerləşdirilir
Tarix: 13-03-2022 | Saat: 16:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Müharibənin ilk günlərində Ukraynadan Polşaya gələn vətəndaşlarımızın sayı 30-40 nəfər idi. Fevralın 28-dən etibarən soydaşlarımızın sayı kütləvi şəkildə artmağa başladı".
Qarabaginfo.az bildirir, ki Bu barədə Modern.az-a Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib. 

Onun sözlərinə görə, təxliyə olunan vətəndaşlar Polşada otellərdə və Azərbaycan Evində yerləşdirilir:

"Martın 4-də Xarkovdan təxliyə olunan 800 vətəndaşımız sərhədi keçib. Biz onları yeməklə, tibbi ləvazimatlar və digər zəruri ehtiyaclarını təmin edirik. 200-ə yaxın soydaşımızı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə oteldə yerləşdirmişik. Digər vətəndaşlarımız isə burada yaşayan tələbələrin, ailələrin evində yerləşdirilmişdi. Hətta Polşa Azərbaycanlılar Şurasının İdarə Heyətinin 7 üzvü öz evində qalmadı, evlərini Ukraynadan gələn soydaşlarımıza verdi".

Fərid Cəfərli qeyd edib ki, bu günə qədər Polşadan Azərbaycana üç təxliyə reysi həyata keçirilib: "İlk reysdə ailələr yola salınıb. Digər iki reysdə isə hamilə qadınlar, uşaqlar, yaşlı insanlar Azərbaycana göndərilib".

Qeyd edək ki, Ukraynada müharibə səbəbindən indiyədək 5 minə yaxın vətəndaşımız bu ölkədən təxliyə olunaraq, Azərbaycana gətirilib. (modern.az)



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər