Yaponiyanın cənubundakı Okinava prefekturasında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.

Qeyd olunur ki, qəzadan sonra təyyarə yanmağa başlayıb. İlkin məlumata əsasən, təyyarə məşğələ uçuşu keçirirmiş.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.