Saytımızı qiymətləndirin


 
 

Bazar gününün HAVASI
Tarix: 12-03-2022 | Saat: 12:55
Bölmə:Karusel / Sosial | çapa göndər

Sabahın havası: Güclü külək əsəcək

Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

 

Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər