Saytımızı qiymətləndirin


 
 

"The Wall Street Journal": Bayden Ukraynaya qırıcıların verilməsini şəxsən qadağan edib...
Tarix: 12-03-2022 | Saat: 01:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın Polşadan MiQ -29 qırıcı təyyarələrinin alınmasına qadağa şəxsən ABŞ prezidenti Co Bayden tərəfindən qoyulub.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Amerika prezidenti qırıcıların verilməsini qadağan etməklə Putini Ukraynadakı müharibənin daha da eskalasiyasına təhrik etməmək məqsədini güdüb.
 
Bu ərəfədə Polşa öz MiQ- 29 qırıcı təyyarələrini Rusiya aviasiyasına qarşı müqavimət üçün Ukraynaya verilməsini təklif edib. Bu təyyarələr polyaklara Varşava Müqaviləsindən miras qalıb. Bu, Kiyev üçün çox rahat olardı. Ukrayna pilotlarına başqa növ qırıcıları öyrənmək lazım gəlməyəcəkdi. Varşava ABŞ- dan bunun əvəzinə digər təyyarələrin verəcəyinə zəmanət istəyib. Lakin Ağ ev bundan imtina edib.
 
"Məntiq, deyəsən, bundadır ki, zenit və tankəleyhinə silahlar rusiyalıları təhrik etməz, amma 28 təyyarənin verilməsi təhrik edə bilər. Bunu anlamaq çətindir, xüsusilə Pentaqon deyəndə ki, ukraynalılara təyyarələr lazım deyil, çünki onların digər effektli silahı var. Demək, 28 daha az effektli təyyarələr üçüncü dünya savaşına gətirib çıxarar, amma daha ölümcül silahın verilməsi bunu edə bilməz?", - WSJ  yazıb.
 
Nəşr qeyd edir ki, bu qərar daha böyük problemdir, çünki NATO Putinə öz niyyətləri barədə siqnal göndərir. "Etibarlı çəkindirmənin mahiyyəti ondan ibarətdir ki, rəqibi müəyyən hərəkətlərin cavab tədbirlərinə gətirib çıxaracağına inandırmağa məcbur edəsən. Nümayişkəranə olaraq qoşunları göndərməməklə və bunun səbəbinin eskalasiyadan çəkindirmək olduğunu deməklə Bayden Putinə nədən narahat olmaması üçün məlumat verir. Putini çəkindirmək əvəzinə, Bayden rusiyalılara ABŞ-ı çəkindirməyə imkan verir, - məqalədə belə deyilir.
 
Nəşr qeyd edir ki, belə davranış ABŞ- ın indiki prezidenti üçün qanunauyğunluğa çevrilib.
 
"Əfqanıstanda o, hakimiyyəti ələ keçirmiş Talibanı təhrik etməmək üçün müəyyən tarixdə çıxmağı tələb edib. Nəticədə Amerikanın alçaldılması Putini Ukraynaya soxulmaq qərarına təsir edə bilib", - WSJ yazıb.
 
Xatırladaq ki, Ukrayna dəfələrlə ABŞ və NATO- dan döyüş əməliyyatları rayonları üzərində dinc əhalinin vəhşicəsinə bombardmanlara məruz qalmasının qarşısının alınması üçün səmanı bağlamağı xahiş edib. Alyans Rusiya ilə böyük müharibədən ehtiyat edərək bundan imtina edib.(Moderator.az)


Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər