Tarix: 11-03-2022 | Saat: 15:01
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının Baş nazirin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Bu xüsusda, nazir Ceyhun Bayramov Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri qeyd edib. Avropa İttifaqı ilə sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.
Müdafiə naziri Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.
Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər xəbərlər