Saytımızı qiymətləndirin


 
 

"The Walt Disney Company” şirkəti Rusiyadakı fəaliyyətlərini dayandıracaq
Tarix: 11-03-2022 | Saat: 08:50
Bölmə:Karusel / Region | çapa göndər

"The Walt Disney Company” şirkəti Rusiyadakı fəaliyyətlərini dayandıracaq

Ukraynada baş verən hadisələr fonunda Amerikanın “The Walt Disney Company” şirkəti Rusiyadakı bütün fəaliyyətlərini, o cümlədən məzmun istehsalı və lisenziyalaşdırılmasını dayandıracaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə cümə axşamı şirkətin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.

“Ukraynaya qarşı davam edən hücumu və artan humanitar böhranı nəzərə alaraq, biz Rusiyada qalan bütün fəaliyyətləri dayandırmaq üçün addımlar atırıq”, - deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, bu qərar şirkətin bütün fəaliyyətlərinə, o cümlədən məzmunun istehsalı və lisenziyalaşdırılması, digər məhsulların yaradılması, həmçinin “National Geographic" jurnalının işinə də təsir edəcək.

Eyni zamanda qeyd edilir ki, şirkət bu fəaliyyətlərin bəzilərini dərhal dayandıra bilməz. Belə ki, xətti kanalların fəaliyyətinin dayandırılması və bəzi məzmun və məhsulların lisenziyalaşdırılması müqavilələrin mürəkkəbliyinə görə vaxt aparacaq.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər