Saytımızı qiymətləndirin


 
 

Müharibə Ukraynaya 100 milyard dollardan artıq ziyan vurub
Tarix: 10-03-2022 | Saat: 23:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müharibə Ukraynaya 100 milyard dollardan artıq ziyan vurub

Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı Ukraynaya 100 milyard dollardan artıq ziyan dəyib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.

 

"İki həftədən çoxdur ki, müharibə davam edir. Rusiya ordusu dinc şəhərləri bombalamaqla yanaşı yaşayış binalarını da dağıtmağa davam edir",- deyə O,Ustenko bildirib.

Oleq Ustenkonun sözlərinə görə, rəqəm böyükdür və müharibə bitəndən sonra bərpa prosesi uzun çəkəcək.

"Vəziyyət hər kəsin təsəvvür edə biləcəyindən qat-qat dərindir. Həqiqətən edilməli olan şey bütün dünyada Rusiya nefti və qazına tam embarqodur",-deyə Ustenko əlavə edib.

Ustenko həmçinin bildirib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları daxilində işləyir. Zelenskinin müşaviri əlavə edib ki, ölkədə maliyyə sistemi və valyuta bazarı sabitdir.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər