Saytımızı qiymətləndirin


 
 

Azərbaycan güləşçisi Avropa çempionatındakı jesti barədə: "İnsanlığımızı itirməməliyik"
Tarix: 10-03-2022 | Saat: 23:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

PSJ-dən qələbə

"İdmanla məşğul olarkən insanlığımızı itirməməliyik".

Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (50 kq) Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında sloveniyalı Mariya Martinçuka qarşı 1/4 final görüşündə etdiyi jest barədə danışarkən deyib.

O, bildirib ki, rəqibi zədələndiyi üçün onu çiynində döşəyin kənarına daşıyıb: "Mən fənd tətbiq edərkən rəqibimin ayağı burxuldu və ağrıdan qışqırdı. Çox pis oldum. Ayağının əzilməsini istəməzdim. Amma idman qəddarlıq tələb edir. Ağrı güləşməyinə imkan vermədi. Yeriyə bilmədiyi üçün onu çiynimdə daşıdım".

Məmmədovanın sözlərinə görə, qələbədə insanlıq və xeyirxahlıq da çox önəmlidir: "Hamımız Allahın yaratdığı insanlarıq. Hər bir hərəkətin öz vaxtı var. Rəqibə görə üzüldüm. Amma mənə təmiz qələbə verdikləri üçün də sevindim".

Avropa çempionatında gümüş medal qazanan idmançı finalda rumıniyalı Andreya Beatris Anaya məğlubiyyətin səbəbini də açıqlayıb: "Rəqib həm təcrübəli, həm də məndən güclü idi. Böyüklər arasında da güləşir. Ona görə də fiziki cəhətdən çatdıra bilmədim. Bununla belə, gümüş medal əldə etdiyim üçün sevincliyəm. İnsan inansa, hər şeyə qadirdir".



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər
15-01-2024, 16:56 Zelenski Davosa getdi