Tarix: 10-03-2022 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna beynəlxalq tərəfdaşlardan bəyannamələrə və ya mücərrəd mülahizələrə əsaslanmayan real həllər gözləyir.
Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu gün Almaniya Kansleri Olaf Şoltsla şəhərlərimizin, insanlarımızın üzləşdiyi qəddarlıq haqqında danışdım. Fransa Prezidenti Makronla danışdım. Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbətimdə hiss etdim ki, bizim müharibə əleyhinə koalisiyamız tezliklə daha da güclənəcək. Bu isə o deməkdir ki, sülh naminə Rusiyaya qarşı təzyiqlər də xeyli güclənəcək”, - Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, dünya liderləri ilə münasibətlərdə konkretlik Ukrayna üçün çox vacibdir.
O vurğulayıb ki, Ukrayna müstəqillik, Avropa qitəsində hamı üçün azadlıq və bərabərlik uğrunda mübarizə aparır: “Buna görə də biz tərəfdaşlardan bəyannamələrə və ya mücərrəd əsaslandırmalara deyil, reallığa əsaslanan qərarlar görmək istəyirik. Bu günlərdə Aİ liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsini, Aİ-yə müraciətimizi müzakirə etmək üçün bir araya gələcək.
Biz konkret siqnal gözləyirik. Güclü dəstək gözləyirik. Bu ədalətli olacaq. Avropasayağı olacaq. Biz liderlərdən kimin və hansı yanaşmada olduğunu dəqiq bilirik. Biz kimin bizim tərəfimizdə olduğunu bilirik. Avropa İttifaqının sadəcə mühasibat uçotu, gəlir, xərcdən ibarət olduğunu düşünənlərin də kimliyini dəqiq bilirik. Biz çalışacağıq, inandıracağıq”.
Digər xəbərlər