Ukraynada 300-ə yaxın Rusiya hərbiçisi əsir düşüb, bu barədə Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç bildirib.
Qarabaginfo.az Turan.az-a istinadən xəbər verir ki, əsirlər arasında Suriyada döyüşənlər də, Dağlıq Qarabağa daxil olan "sülhməramlılar" da, buna qədər Donbasda döyüşənlər də var, deyə o qeyd edib.
Beləliklə, sülhməramlıların bir hissəsinin Qarabağdan Ukraynaya göndərildiyi haqqında qeyri-rəsmi məlumatlar təsdiqini tapıb.