Saytımızı qiymətləndirin


 
 

Korrupsiya işi: 73 nəfər cinayət başında tutulub
Tarix: 09-03-2022 | Saat: 14:01
Bölmə:Karusel / Kriminal | çapa göndər

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən ötən il aşkar edilən cinayət faktları üzrə 118 cinayət işi başlanılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

 

Hesabata əsasən, 55 əməliyyat tədbirinin keçirilməsi nəticəsində korrupsiya cinayəti törədən 73 şəxs cinayət başında yaxalanıb, habela axtarışda olan 13 nəfər saxlanılıb. 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

 

İstintaqı tamamlanmış cinayət işlərindən 306 şəxs barəsində 155 iş ağır cinayətlər məhkəmələrinə, 7 şəxs barəsində 3 iş hərbi, 153 şəxs barəsində 116 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər