Saytımızı qiymətləndirin


 
 

Litva döyüş PUA-ları almaq niyyətindədir
Tarix: 08-03-2022 | Saat: 17:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Obama va annoncer le nombre de morts tués par drones, mais la méthode de calcul est… contestable — RT en français

Litva ordusunun silah arsenalı döyüş pilotsuz uçuş aparatları ilə zənginləşəcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikasının müdafiə naziri Arvidas Anuşauskas bildirib.

“Biz düşməni məhv etmək üçün nəzərdə tutulan yeni texnoloji nəsil döyüş pilotsuz uçan aparatlarının alınmasını nəzərdə tuturuq”, - o deyib.

Nazirin sözlərinə görə, orduda pilotsuz aparatlar var, lakin onlar düşmənlə birbaşa döyüş üçün nəzərdə tutulmayıb. “Onlar atəş nöqtəsini dəqiqləşdirmək, düşmənin hərəkətini izləmək, kəşfiyyat aparmaq üçün olan aparatlardır”, - o qeyd edib.

Satınalma üçün hərbi ehtiyaclar məqsədilə əlavə olaraq ayrılan vəsaitdən istifadə edilə bilər. Hökumət cari ilin dövlət büdcəsinə yenidən baxılması çərçivəsində müdafiə xərclərinin 250 milyon avro artırılmasını təklif edib. Seym (parlament) fraksiyaları bu təşəbbüsü dəstəkləyib. Təşəbbüs parlamentin martın 10-da açılacaq yaz sessiyasının müzakirəsinə təqdim olunacaq.

Cari il üçün dövlət büdcəsindən respublikanın Müdafiə Nazirliyi sisteminə 1,2 milyard avro vəsait ayrılıb ki, bu da ümumi daxili məhsulun 2,05 faizini təşkil edir. Əlavə 250 milyon avro ilə bu rəqəm 2,5%-ə yüksələcək.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər