Saytımızı qiymətləndirin


 
 

Həbs edilən icra başçısı vəzifəsindən azad edildi  - Sərəncam
Tarix: 20-12-2019 | Saat: 13:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Həbs edilən icra başçısı vəzifəsindən azad edildi

 

Prezident İlham Əliyev həbs edilən icra başçısıyla bağlı sərəncam verib. 

Qarabaginfo xəbər verir ki, sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbəri paylaş

495 dəfə oxunub.

Digər xəbərlər