Saytımızı qiymətləndirin


 
 

Ukraynanın “Vinnitsa” hava limanı atəşə tutulub, bir neçə mülki şəxs və hərbçi həlak olub
Tarix: 06-03-2022 | Saat: 21:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynanın “Vinnitsa” hava limanı atəşə tutulub, bir neçə mülki şəxs və hərbçi həlak olub

Ukraynanın "Vinnitsa" hava limanının Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində bir neçə mülki şəxs və hərbçi həlak olub.

Qarabaginfo.az-ın UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ümumukrayna telemarafonunda Vinnitsa vilayət hərbi administrasiyasının sədri Sergey Borzov məlumat verib.

"Hava limanının həm mülki, həm də hərbi hissələrinə ziyan dəyib. Qüllə və komanda məntəqəsi tamamilə dağılıb. Təəssüf ki, dinc sakinlər və hərbçilər arasında itkilər var. Onların sayını sonra dəqiqləşdirəcəyik, çünki böyük dağıntılar var. Fövqəladə Hallar Dövlət Xidməti dağıntıları təmizləyir", - o deyib.

Borzovun sözlərinə görə, hazırda yanğın lokallaşdırılıb və söndürülüb. Rusiya hərbçilərin hava limanını dəqiq haradan - Qara dənizdən və ya Dnestryanı ərazidən vurduğu hələ məlum deyil.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər