Saytımızı qiymətləndirin


 
 

Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
Tarix: 19-09-2026 | Saat: 10:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.

Qanun Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, bank və enerji sektorundakı şirkətlərə, eləcə də Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutur. Sənəddə həmçinin Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.

Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-ədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-ədək rüsum tətbiq edilə bilər.

Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.

 



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər
27-09-2024, 19:38 Polkovnik həbs olundu