Saytımızı qiymətləndirin


 
 

Ukraynadan Türkiyəyə təxliyə edilən 100-ə qədər vətəndaş Azərbaycana yola salınacaq
Tarix: 05-03-2022 | Saat: 16:05
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynadan Türkiyəyə təxliyə edilən 100-ə qədər vətəndaş Azərbaycana yola salınacaq

İndiyədək Ukraynadan Türkiyəyə təxliyə edilən 300-ə yaxın vətəndaşımız İstanbuldan Azərbaycana yola salınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-nın yerli bürosuna Azərbaycanın İstanbuldaki Baş konsulluğundan bildirilib.

Qeyd olunub ki, həmvətənlərimizin Azərbaycana yola salınması üçün ölkəmizin İstanbul Baş konsulluğu tərəfindən bütün lazımi tədbirlər görülür. Təxliyə prosesi Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə birgə koordinasiya olunmuş şəkildə həyata keçirilir.

Sənədləri olmayan vətəndaşların müvafiq yol sənədi ilə təmin olunması, COVİD-19 testi olmadan quru və hava yolu ilə dərhal vətənə yola salınması və digər bu kimi məsələlərin həlli üçün bütün imkanlar səfərbər olunub.

Azərbaycanlıların Vətənə yola salınması işləri davam etdirilir.

Martın 5-də daha 100 nəfərin Azərbaycana yola salınması planlaşdırılır.

Xatırladaq ki, bu məqsədlə ölkəmizin İstanbuldakı Baş konsulluğunun iki qaynar xətti daimi əsasda 24/7 fəaliyyət göstərməkdədir. Ukraynadan gələn Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olan şəxslərin aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+90 544 104 0111

+90 536 613 8648



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər