Tarix: 05-03-2022 | Saat: 14:30
Bölmə:Karusel / Dünya | çapa göndər
“Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bugün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib”.
Bunu Qarabaqinfo.az-a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan bildiriblər.
Qeyd edilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hal-hazırda qohumlarının himayəsi altındadır.
“Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.
Həmvətənlərimizin təhlükəsiz təxliyyəsi üçün işlər davam etdirilir”, - Konsulluqdan deyilib.
Digər xəbərlər