Tarix: 20-09-2022 | Saat: 10:22
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər
Əziz oxucu bu məqalənin başlığında ifadə edilən radikal və radikallaşma anlayışı əslində cəmiyyətimiz üçün heç də yad olan yanaşma deyil. Radikallıq anlayışı bizlərə nəyi ehtiva edir?
“Radikalizm” ifadəsi latın dilindən tərcümədə “radix” (radiks)” sözünün kökündən yaranıb və mənası “kök” deməkdir. Radikal hərəkat tərəfdarları cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılıb. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox (Charles James Fox ) seçki sistemi ilə əlaqəli “radikal reform”(radikal islahat) ifadəsini dilə gətirərkən işlədib. Daha sonra isə elmdən mədəniyyətə, siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər bütün sahələrdə köklü dəyişikliklərin tərəfdarı olan qrupları ifadə etmək üçün “radikal” terminindən istifadə olunmuşdur. Keçmişdə məsələn, demokratik cəmiyyətlərin qurulması( vətəndaş müharibələri və inqilablar ilə), habelə qadın hüquqlarının qorunması, quldarlığın ləğvi, yaxud 1917 ci il Çar Rusiyasında “Oktyabr inqilabı” kimi hasidələr radikal dəyişiklik kimi qəbul edilmişdir. Real təcrübələr göstərir ki, sağlam bir ailə, cəmiyyət və dövlət quruluşunun olmadığı, iş imkanlarının yetərli olmadığı, gəlir bölgüsünün ədalətsiz olduğu, orta təbəqənin zəif və sayca az olduğu coğrafiyalarda yaşayan insanlar daha çox radikal olmağa meyllidirlər. Radikalizm xəstəliyi, ilk növbədə Qurani Kərimdə İslamı səhv anlamağa əsaslanır. Həmçinin, Radikal zehniyyətə sahib olan insanlar, "ayənin nazil olduğu dövrün xüsusi şərtlərinə" baxaraq ayələri anlamağa çalışmırlar.Radikalizm ilə ortaq nöqtədə yer alaraq izah olunması vacib olan anlayış “Ekstremal” anlayışdır. Fransızcadan “extreme” kəlməsindən keçən bu söz “həddindən artıq”, “ifrat” və “aşırı” mənasını verir. Ekstremizm özünü siyasi, dini, iqtisadi, irqi, hərbi və s. formalarda özünü göstərə bilir. Bu gün narahat edən məsələlərdən biri də dini ekstremizmdir. Bu ekstremizmdə bir konfessiya (dini cərəyan) daxilində digərinə qarşı aqressivlik, sıxışdırma özünü göstərir. Bəzən bu forma tək dini deyil, məqsədlərlə də yönəldilir. Təcrübə göstərir ki, 80-85 faiz dini ekstremizmin sonu dini terrorizmlə bitir.
Unutmayaq ki, fərd heç zaman öz əqidəsini, inancını, milli mənsubluğunu və ənənəvi dini dəyərlərini unudaraq birbaşa xurafatçı, fanatik, radikal və ekstremist düşüncə sahibinə çevrilmir. Şəxsin tarixən formalaşmış və yaşadıqları bölgədə hər bir kəs tərəfindən qəbul edilmiş ənənəvi dini mühitdən uzaqlaşması müxtəlif səbəblərdən qaynaqlanır və müxtəlif mərhələlərdən keçir. Məsələn, bu mərhələ ilk olaraq şəxsin yetərsiz dini biliklərə sahib olması ilə başlanır, daha sonra həmin şəxs din pərdəsi altında fəaliyyət göstərən radikal dini qruplaşmaların təsir dairəsinə düşərək onların qurbanına çevrilir və qeyri-müəyyən müddət ərzində təbliğ olunan yalnış dini biliklər nəticəsində son olaraq terrorizm mərhələsinə qədər yol qət etmiş olur. Bu mərhələlərin hər biri özündən öncəki mərhələ ilə yaxından bağlılığı olub özündən sonrakı mərhələ üçün giriş rolunu oynayır. Yəni, şəxsə ilk başdan yalnış təbliğ olunan minumum dini və sosial məlumatlar daha sonra şəxsin yeni mərhələyə adlamasından aslı olaraq ona təbliğ olunan məlumatların da yalnışlıq səviyyəsini bir o qədər artırmış olur və sonda cəmiyyət daxilində radikal-ekstremist fərdin ortaya çıxmasına səbəb olur.
|
|
2. Xurafat və dini fanatizm |
|
|
|
İlk öncə Xalqa ümmət və millət anlayışını, milli-mənəvi dəyər, adət-ənənəvə, həyat tərzi anlayışını aşılamaq gərəkdir. Bəstəkarımız, dramaturq, pedoqoqomuz Üzeyir Hacıbəyovun bununla bağlı çox gözəl bir felyotonu var. Felyotonda qeyd edilir:
Bir ərəbdən soruşursan ki, sən kimsən. Deyir ərəbəm. Sən nə dinindəsən. İslam. Nə dildə danışırsan Ərəb. İslamçı olmayan ərəbdən də bu sualları soruşsaq ardıcıl olaraq cavab verəcək ki, ərəbəm, dinim xristiandı, dilim ərəb dilidir. Farsdan soruşsan deyəcək ki, farsam, dinim islamdır, dilim fars dilidir. Amma gəl ki, bizim bir nəfərimizdən soruş ki sən kimsən deyir müsəlmanam. Hansı millətdənsən , müsəlman millətindən. Nə dininə mənsubsan müsəlman dininə. Nə dildə danışırsan müsəlman dilində. Halbuki özü türkdür, dini islamdır, dili də türk dilidir. Burasını düşünmür ki, müsəlman adında millət, dil, din yoxdur. Din başqa, dil başqa, din başqa millət başqa. Bu gün yaponlar islamı qəbul etsə din cəhətdən müsəlman olurlar, dil və milliyətçə yapon olaraq qalırlar.
Əslində ictimai xadim Üzeyir Hacıbəyovun millət, ümmət anlayışından başqa toxunmaq istədiyi incə məqamda ondan ibarətdir ki, din bütün müsəlmanlar üçün ortaqdır, İslam dinidir Şəriət bir dənədir. Hər bir müsəlman isə dinini yaşadığı ölkənin, mühitin adət-ənənəsinə, həyat tərzinə uyğun yaşamalıdır. Yəni, Azərbaycanda dini yaşayaq ərəbləşməyək, farslaşmayaq və s.
Bugünki mövcud toplum daxilində ayrı-ayrı şəxslərin dini inancını qruplaşdırsaq belə nəticə hasil olar ki, dindarlar tərəfindən inanc özünü müxtəlif təriqətlər, cərəyanlar və ənənəvi din daxilində göstərir, bir qisim şəxs tərəfindən dini inanclar sistemi ya tamamilə rədd edilir ya da özünü müxtəlif formalarda büruzə verir. Məsələn, bütövlükdə ilahi varlıq qəbul edilmir, dünyanın yaradılışı və İlahi varlıq müxtəlif obrazlar ilə əlaqələndirilir, din və dindarlıq anlayışları səhv salınır, ateizm, deizm, apateizim, materalizm və s. kimi formal inanc və inancsızlıq sistemi müəyyən kütlə tərəfindən hakim etiqada çevrilir. Məsələn,8-ci əsrdə tarixə də məlum olan “Dəhrilər” cərəyanına mənsub şəxslər yaşamış və həmin şəxslər indiki materalist insanların sələfləri olmuşdurlar. Dəhri ideyasına görə, insanlar təbiətin güc- qüvvəsi, iradəsi ilə yaradılıb. Bu zaman onlardan bu məsələ ilə bağlı bir sual soruşmaq gərəkdir. Təbiətin elm və qüdrəti varmıdır, təbiət canlıdırmı? Cavab olaraq desələr yox, o zaman biz onlara bir sual ünvanlaya bilərik ki, elmi,qüdrəti olmayan cansız, elmi,qüdrəti olan canlını necə yaradıb? Yox əgər desələr ki, təbiət elm,qüdrəti olan canlı varlıqdır, onda onlar ilə bizim aramızda etiqat arasında fərq yoxdur. Onlarda aləmlərin yaradıcısına etiqat edir, biz də. Fərqimiz sadəcə adların müxtəlifliyindədir. Biz ona Allah Təala, onlar isə təbiət deyir. Həmçinin, Bu gün din və dindarlıq anlayışının səhv salınması və bu səhv anlayış prizmasından öz ideyalarına haqq qazandırmaq əslində radikal cərəyan mənsublarına məxsus məntiqsiz ideologiyanın əsası olduğunu vurğulaya bilərik. Əslində din və dindarlığı bir-birindən ayırmaq lazımdır. Din müqəddəs və ilahidir, dindar isə adi bir insandır. Din doğru yolu göstərir, dindar isə bu yol ilə düzgün şəkildə getməyə çalışır. Düzdür, dindar bu yolda bəzən düz gedə bilər, bəzən yalnış gedə bilər, ammaki nəticə odur ki, din barəsində dindarların etdikləri ilə bağlı mühakimə yürüdülməz. Biz hamımız Allah Təala tərəfindən yaradılmışıq. Bu yaradılışda hamımız darağın dişləri kimi eyniyik, heç birimizin digərinə nisbətdə üstünlüyü yoxdur.
Bu gün real təcrübə göstərir ki, radikal dini qruplaşmalara təkcə inancı rəhbər tutan şəxslər deyil, yayaşıy səviyyəsi aşağı olan və din adı atında iqtisadi maraqlara yiyələnmək məqsədi güdən şəxslər də meyl edir. Bununla da əslində ölkə ərazisində kütləvi şəkildə bu cərəyanın yayılmasına şərait yaradılmış olur. Məsələn götürək stəkan istehsalını.
Stəkan istehsalı radikal dini cərəyan mənsubunun əlində cəmlənsə və istehsal etdiyi stəkanları ölkə ərazisinin hər bir rayonunda satış edər. Və bu satış üçün hər bir rayonda mağazaya öz əqidəsindən olan adamı cəlb edər. Nəticədə ölkə ərazisində bu biznes ilə kütləvi şəkildə ilk öncə əqidaşlarının sayını çoxaldar və daha sonra radikal dini görüşlərini təbliğ edərək qrupa yeni üzvlər dəvət edər. Dini radikalizmin yayılmasının və kütləvi şəkildə insanların inanclarına nüfus etməsinin qarşısının alınması üçün hansı profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bu gün üçün daha vacibdir?
- Kütləvi informasiya vasitələrində, məktəblərdə, kolleclərdə, universitetlərdə və digər tədris müəssələrində təlim-tərbiyə prosesində radikalizmin mahiyyəti və fəsadları ilə bağlı məlumatlara yer verilməli,
- Sonuncu səmavi dinimiz olan müqəddəs İslam dininin həqiqətlərinin ölkəmizin müxtəlif məscidlərində fəaliyyət göstərən rəsmi din xadimlərindən öyrənmək vacibdir. Bundan əlavə, dini icması olan məscidlərdə fəaliyyət göstərən “Quran Kursuna” ilkin dini biliklərə yiyələnmək üçün gələn yeniyetmə və gənclərin asudə zamanlarının səmərəli təşkil edilməsi və onlara dini biliklərlə yanaşı, dünyəvilik anlayışının düzgün səviyyədə təbliği məqsədi ilə dini icmalar tərəfindən yay düşərgələrinin və kampların təşkil edilməsi öz müsbət effektini ortaya qoymuş olar.
- Yeniyetmə və gənclərimizin sosial şəbəkə fəaliyyəti valideynlər və müəllimlər tərəfindən daim nəzarətdə saxlanılmalıdır. Çünki, bu gün radikal dini qruplaşmalar və qeyri-ənənəvi dini cərəyanlar tərəfindən aparılan zərərli təbliğat daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir.
- Yeniyetmə və gənclərimizin tədris xaric zamanlarının səmərəli və maarifçi istiqamətdə təşkil edilməsi üçün yaşadıqları mühitdə onlar üçün əyləncə mərkəzləri, oyun zalları, könüllü rəqs, teatr, musiqi və rəsm dərnəklər yaradılmalı və müntəzəm olaraq festivallar və tədbirlər təşkil edilərək onları buraya cəlb etmək lazımdır. Məsələyə bu yöndə həyata keçirilən tədbirlər prizmasından yanaşası olsaq Azərbaycan Respublikasının Gənclər Fondu,Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Gənclər və İdman Nazirliyinin, YAP rayon təşkilatlarındakı mövcud olan “Gənclər Birliyi”-nin, Gənclər Evi sosial xidmət müəssisəsinin və təhsil müəssələrində mövcud olan Tələbə Gənclər Təşkilatının fəaliyyətini qeyd edə bilərik.
- Yaşadığımız bölgələrdə daha çox sayda fabriklərin, zavodların, insanları kütləvi iş ilə təmin edəcək sturukturların yaradılması radikalizmin qarşısının alınması üçün qabaqlayıcı tədbirdir. Qeyri-ənənəvi dini cərəyanların və radikal dini qruplaşmaların zərərli təsirinin qurbanı olan kütlənin əksər faizini işsiz və yoxsul təbəqə əhatə edir.İş yerlərinin sayının çox olması nəticəsində işsiz şəxslər işlə təmin olunacaq, nəticədə olnar məşğul şəxsə çevriləcək və iş faəliyyətindən əldə etdiyi əmək haqqı ilə ailəsinin sosal rifahının müəyyən qədər düzəlməsinə gətirib çıxaracaq.
- Dini fanatizmi, dini radikalizmi və ekstremizmi cəmiyyət arasında təbliğ edən radikal dini qruplaşmaların maddi dəstək nəticəsində təşkilatlanmasının və əhatə dairələrinin genişləndirilməsinin qarşısının alınması üçün bu cür qruplaşmaların bank hesabları aşkar edilməli və dövlət tərəfindən həmin hesablara senzura qoyulmalıdır. Bu formada atılmış addım ilə onların bank hesablarına ölkə daxilindən və xaricdən mədaxil olan maddi vəsaitləri nəzarətdə saxlayaraq onların maddi vəsait hesabına olan təşkilatlanmalarına böyük zərbə endirmək olar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı:Vüqar Məmmədov
20.09.2022-ci il
Digər xəbərlər