Saytımızı qiymətləndirin


 
 

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov yenə heç-heçə edib
Tarix: 03-03-2022 | Saat: 21:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov yenə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib. Bu dəfə ağ fiqurlarla oynayan Məmmədyarov 55-ci gedişdə heç-heçəyə razılaşıb.

Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanqyu ilə qarşılaşıb. Həmin oyunda da qalib müəyyənləşməyib.

Məmmədyarov ilk turda Yanqyu ilə, ardınca isə Vaşye-Laqravla heç-heçə oynayıb. Qrupdakı hər şahmatçının aktivində 1,5 xal var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər