Saytımızı qiymətləndirin


 
 

Putin müharibədə ölənlərin ailələrinə başsağlığı verdi
Tarix: 03-03-2022 | Saat: 15:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə ölən rus əsgərlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə prezientin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Kreml rus hərbçilərin Ukraynadakı qəhrəmanlığına heyrandır.


“Hamımız ərlərini və övladlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Bu, hamımız üçün böyük kədərdir”,- deyən Dmitri Peskov Putinin Rusiya hərbçiləri arasında ölüm sayına necə reaksiya verdiyini şərh etməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə 498 rus hərbçinin öldürüldüyünü bildirib. Daha 1597 hərbi qulluqçunun yaralandığı qeyd olunub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bəyan edib ki, indiyədək Rusiyanın 9 min hərbçisi məhv edilib.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər