Saytımızı qiymətləndirin


 
 

KTMT sülhməramlıları BMT əməliyyatlarına qatıla bilər
Tarix: 03-03-2022 | Saat: 13:58
Bölmə:Karusel / Region | çapa göndər

Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin “əlaqələndirici dövlət” anlayışının tətbiqini nəzərdə tutan KTMT-nin sülhməramlı sazişinə dəyişiklik edilməsinə dair protokolu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Qarabaginfo.az xəbər verir ki, protokolun mətni Dumanın elektron bazasında yerləşdirilib.

“Protokolla “əlaqələndirici dövlət” anlayışı tətbiq olunur və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin yaradılmasını nəzərdə tutur”, - deyə protokolda qeyd olunub.

Sənədə əsasən, “əlaqələndirici dövlət” təşkilati məsələlərin və kollektiv sülhməramlı qüvvələrin BMT-nin sülhməramlı əməliyyatlarında istifadəsinə hərtərəfli dəstək məsələlərinin həlli üçün Kollektiv Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən üzv dövlətlərdən biridir.

Dumanın məlumat bazasında yerləşdirilən sənəddə deyilir ki, BMT-nin sülhməramlı əməliyyatında istifadə üçün Kollektiv Sülhməramlı Qüvvələr əlaqələndirici dövlətin himayəsi altında yaradılır.

Qeyd edək ki, protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə imzalanıb.(Apa)



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər