Parisdə hərəkat fəallarının dəstəyi ilə "Avropa" metro stansiyasının adı dəyişdirilərək "Avropa-Ukrayna" adlandırılıb.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.
Aksiyada Ukrayna ilə stend təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər.