Saytımızı qiymətləndirin


 
 

“Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” - Şarl Mişel
Tarix: 19-03-2024 | Saat: 11:41
Bölmə:Karusel / Manşet / Dünya | çapa göndər

“Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” - Şarl Mişel

Avropa Şurası İttifaqının prezidenti Şarl Mişel bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir.

Qarabaqinfo.az xəbər verir ki, Şarl Mişel Avropa liderlərinin Brüssel sammiti ərəfəsində martın 18-də Euractiv saytında “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” adlı məqalə dərc etdirib.
 

O, məqaləyə Rusiya hərbi əməliyyatlarının başlamasından az sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından başlayıb.
 

“Telefonda Vladimir Zelenskinin qəmli səsini eşitdim: “Üstümüzə bombalar yağır, bu, genişmiqyaslı işğaldır”. Onda anladım ki, artıq İkinci Dünya Müharibəsindən bəri mövcud olan bütün təhlükəsizlik sistemi həmişəlik dəyişib. Avropa İttifaqı da tez dəyişməlidir”, - Mişel yazıb.

Avropa Şurasının rəhbəri əlavə edib ki, müharibə başlayandan iki il sonra “Rusiyanın 10 il əvvəl Krımda dayanmadığı kimi, Ukraynada da dayanmayacağı məlum oldu”.

“Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan taktikasını davam etdirir”, - deyə o bildirib.

Mişel xəbərdarlıq edib ki, adekvat reaksiya olmasa, növbəti qurban Avropa ola bilər.

"Əgər biz Avropa İttifaqının reaksiyasını düzgün təşkil etməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göstərməsək, növbəti qurban biz olacağıq", - Avropa Şurasının rəhbəri əlavə edib.

Bu baxımdan, Mişel Avropanın iqtisadiyyata yanaşmasını yenidən nəzərdən keçirməyi və müdafiə məsələlərinə üstünlük verməyi, “müharibə iqtisadiyyatı” rejiminə keçməyi təklif edib.

“Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb. Biz artıq başqalarına arxalana bilmərik, ABŞ-da və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, - Ş.Mişel yazıb.

Bu, Şarl Çişelin ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə müdafiəyə lazımi məbləği xərcləməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini bildirən son açıqlamalarına cavab ola bilər.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər