Saytımızı qiymətləndirin


 
 

İƏT ölkələri İranda görüşəcək
Tarix: 02-03-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

İƏT ölkələri İranda görüşəcək

Martın 4-5-də İranın Hörmüzqan əyalətində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.

Qarabaginfo.az İRNA-ya istinadən xəbər verir ki, İƏT-ə üzv 10 ölkənin Bəndər-Abbasda daimi nümayəndələrinin proqramına Hörmüzqanın İƏT-lə birgə iqtisadi görüşü də daxildir.

Həmçinin, Bəndər-Abbas əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə səfirlərin Hörmüzqan qubernatoru ilə ayrı-ayrı görüşlər və Hörmüzqan əyaləti ilə İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq imkanlarına dair konfrans keçiriləcək.

İştirakçılar Şəhid Rəcai Limanı Xüsusi İqtisadi Zonasına da baş çəkəcəklər.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ilk olaraq 1984-cü ildə üç ölkənin – İran, Türkiyə və Pakistanın iştirakı ilə İzmir müqaviləsi əsasında region əhalisinin iqtisadi həyat səviyyəsini yüksəltmək məqsədi yaradılıb. 1992-ci ildə Təşkilata Əfqanıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan da daxil olub.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər