Tarix: 28-02-2022 | Saat: 19:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kanada Ukraynaya əlavə 25 milyon dollarlıq hərbi yardım göndərir.
Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli və milli müdafiə naziri Anita Anand birgə mətbuat konfransında bildirib.
Ukraynanın Kanadadan hərbi yardım kimi qaz maskaları, zirehli geyim, gecə görmə cihazları və dəbilqələr istədiyi bildirilib.
Kanada Silahlı Qüvvələrinin NATO səyləri çərçivəsində ən azı iki həftəlik iki C-130J taktiki təyyarə və 40-50 personalını Avropaya göndərəcəyi bildirilib.
“Biz öz müttəfiqlərimizlə birlikdə Ukrayna hərbi personalının uyğun təchizatla təmin edilməsi üçün işləyirik. Polşada biz zəruri hərbi materialların gecikmə olmadan çatdırılması üzərində tərəfdaşlarımızla birgə işləyirik”, – Coli qeyd edib.
Digər xəbərlər