Tarix: 28-02-2022 | Saat: 12:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli sərəncamına uyğun olaraq, ailələrə maddi yardım edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində qeyd edilib. Hesabatda bildirilib ki, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat ödənilməsi nəzərdə tutulub:
"Bundan əlavə, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub. Ölkə Prezidentinin tapşırığına müvafiq olaraq, dağıdılmış binaların və evlərin yerində qısa müddət ərzində yeniləri inşa edilmiş, ziyan dəyən evlər təmir olunub, infrastruktur obyektləri bərpa edilib. Ermənistanın təcavüzü nəticəsində əmlakına ziyan dəymiş vətəndaşlar tərəfindən Ombudsmana ünvanlanmış hər bir müraciətə xüsusi həssaslıqla yanaşılmış, həmin məsələlərin həlli üzrə tədbirlər görülüb”.
Digər xəbərlər