Saytımızı qiymətləndirin


 
 

Zelenski Lukaşenko ilə danışıb
Tarix: 27-02-2022 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zelenski Lukaşenko ilə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Zelenski “Teleqam”-da paylaşım edib.

Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib. Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazır olduğunu, Ukrayna və Rusiya arasında danışıqların Belarusda, Minskdə ola bilməyəcəyini bəyan etmişdi. O bunu Ukraynaya qarşı hərbi əməliyyatlarda Belarus ərazisindən də istifadə olunması ilə izah etmişdi.



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər