Saytımızı qiymətləndirin


 
 

Britaniya kəşfiyyatı: Rusiya Ukraynanın sərt müqaviməti ilə üzləşir
Tarix: 27-02-2022 | Saat: 13:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya kəşfiyyatı: Rusiya Ukraynanın sərt müqaviməti ilə üzləşir

Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində qeyri-müntəzəm Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.

Qarabaginfo.az-ın xəbərinə görə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. Qeyd olunub ki, Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər.

Əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.

“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, - deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər