Saytımızı qiymətləndirin


 
 

Xocalı qurbanlarının Gürcüstandakı yaxınları ziyarət olunub
Tarix: 26-02-2022 | Saat: 15:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xocalı qurbanlarının Gürcüstandakı yaxınları ziyarət olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan Xocalı soyqırımı qurbanlarının yaxınlarını ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, Çıldırlı ailəsini ziyarətdə hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və səfirliyin məsul əməkdaşları iştirak ediblər.

Öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir faciənin 30-cu ildönümü ilə bağlı ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. O, Xocalı qətliamının Azərbaycan tarixinin ən dəhşətli qanlı səhifəsi olduğunu deyib: "Azərbaycan xalqı bu tarixi heç zaman unutmayacaq. Dünyanın müxtəlif yerlərində yaşayan sodaşlarımız hər il faciəyə həsr olunan bir sıra məlumatlandırma kampaniyaları təşkil edirlər. Gürcüstanın azərbaycanlı icması, bu ölkədə fəaliyyət göstərən Azəbaycan investisiyalı şirkətlər və AZEBİ Xocalı soyqırımının tanıdılması istiqamətində çox fəal iş aparırlar".

F.Quliyev qeyd edib ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində geniş vüsət almış tədbirlərin nəticəsi olaraq bir sıra ölkələr faciəni qətliam kimi qiymətləndirərək qınayıblar: "Əminik ki, Xocalı soyqırımını törədən cinayətkarlar layiqli cəzalarına çatacaqlar. Çünki heç bir cinayət cəzasız qalmır".

Diplomat 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfərlə Xocalının günahsız qurbanlarının da qisasının alındığını, qanlarının yerdə qalmadığını söyləyib: "Əminik ki, qısa zamanda Xocalıya da, Xankəndiyə də qayıdacağıq. Allah Xocalıda həlak olanlara, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımıza rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Gülnaz Çıldırlı diqqət və qayğıya görə Azərbaycan səfirinə təşəkkür edib.

O, 30 il bundan öncə xocalılara qarşı törədilən qırğının unudulmaz və amansız faciə olduğunu deyib.

G.Çıldırlı səfiri Marneuliyə Xocalıdan gəlin gəlmiş mərhum anası Kətan Ələkbərovanın Vətən həsrəti ilə qələmə aldığı şeir və bayatılarla tanış edib: "Anam Xocalı həsrəti, Xocalı yarası ilə yaşadı. Yaxın qohumlarımız Kətik meşəsində qətlə yetirildi, cəsədləri tapılmadı. Anam hər gün ağı deyib, yaxınlarını yadına salıb, göz yaşları tökürdü. Xocalıya ayaqyalın getməyi arzulayırdı".

Səfir Kətan Ələkbərovanın şeirlərinin kitabça halında nəşr etdirilməsini təklif edib.

G.Çıldırlı təklifə görə təşəkkür edib və kitabça üçün Xocalıda həlak olan yaxınlarının fotoşəkillərini toplayacağını bildirib.

F.Quliyev daha sonra Xocalı qətliamında yaxınlarını itirmiş soydaşlarımızın qayğıları ilə maraqlanıb. (report.az)



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər
20-09-2017, 16:10 Mer mitinqə İCAZƏ VERDİ